Ər-arvad dəm qazından zəhərləndi

Cəmiyyət
10:38 / 17.12.2024
1136
Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.