Azərbaycan neftinin qiyməti ucuzlaşıb
09:46 / 10.01.2017
1216
Azərbaycan neftinin qiyməti 1 dollardan artıq ucuzlaşıb.
"AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,37 dollar və ya 2,39% azalaraq 55,83 dollar təşkil edib.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.