Tramp Zelenskini inauqurasiyaya dəvət etməyib

Dünya
22:55 / 16.12.2024
2686
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini 2025-ci il yanvarın 20-nə planlaşdırılan andiçmə mərasiminə dəvət etmədiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Xeyr, mən onu dəvət etməmişəm” deyən Tramp lakonik şəkildə cavab verib və qeyd edib ki, əgər Zelenski özü tədbirdə iştirak etmək istəsə, buna mane olmayacaq.
Bundan əvvəl Tramp Ukrayna münaqişəsinin həllində az irəliləyiş əldə edə bildiyini bildirib “Biz həm də Ukraynadakı müharibəni, bu dəhşətli, dəhşətli müharibəni dayandırmağa çalışırıq. Biz çox az irəliləyiş əldə etmişik”, - deyə gələcək Amerika lideri bildirib.
İnci