Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu


Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu

Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, yanğın şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində başlayıb.

 

Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

 

Yanğının cərəyən xəttinə taxılan şarj aparatının partlaması nəticəsində baş verdiyi bildirilir. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR