Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Hadisə
20:15 / 16.12.2024
6311
Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.