16-22 dekabr tarixlərində... - Əhalinin NƏZƏRİNƏ!

16-22 dekabr tarixlərində... - Əhalinin NƏZƏRİNƏ!

Günəş fəallığı eyni tempdə davam edib.

 

Bu barədə Sfera.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.  Qurum kosmik hava durumunu və proqnozunu açıqlayıb.

 

“Günəş səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 97 ləkə müşahidə olunur. Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 583 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 13 nT, radial istiqamətdə isə  -10 nT  olub.  Hazırda Günəş küləyinin sürəti 404 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9.61 nT, radial istiqamətdə isə -4.76 nT təşkil edir. Kp indeksi 1.33-ə bərabərdir və kosmik hava sakitdir. Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub, geomaqnit qasırğası baş verməyib”.

 

Rəsədxanadan bildirilib ki, 16-22 dekabr tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir:

 

“Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.  Günəş küləyinin sürətinin 18 dekabradək müsbət qütblü  Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə sürətlənəcəyi gözlənilir. Həmçinin 13-14 dekabrda baş vermiş TKA təsiri ola bilər. Geomaqnit sahəsinin müsbət qütblü  Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 13-14 dekabrda baş vermiş TKA-ın təsiri ilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...