Türk sualtı gəmisindən rus döyüş gəmisinə şok !!! - FOTOLAR

Türk sualtı gəmisindən rus döyüş gəmisinə şok !!!  - FOTOLAR

 Rus donanmasına aid Caesar Kunikov adlı döyüş gəmisinə, Türk donanmasına aid bir sualtı gəminin nəzarəti altında İstanbul boğazından keçdi.

Sfera.az bildirir ki, oxşar gəmi 4 dekabrda boğaz keçişi əsnasında güyərtədəki bir Rus əsgərin çiyinində mərmi daşımasıyla müzakirəyə səbəb olmuşdu.Ege dənizindən gələrək dünən Çanaqqala boğazını keçən 125 metrlik "Ropucha-I" sinifi 158 port nömrəli "Caesar Kunikov" adlı gəmi, Mərmərə dənizinə gəldi.

Sarayburnu qarşısından irəliləyərək İstanbul boğazını keçən Caesar Kunikov, daha əvvəl göyərtədə çiynində mərmi daşıyan bir əsgər səbəbiylə iki ölkə arasında böhrana səbəb olmuşdu. Döyüş gəmisi bu dəfə İstanbul boğazından keçərkən göyərtədə olan əsgərlərin silahsız olduğu diqqət çəkərkən, bəzi formalı əsgərlərin, kamera və fotoaparat ilə çəkiliş etdikləri görülüb.Boğaz keçməsinə sürətlə yol alan gəmiyə sahil təhlükəsizlik portu yoldaşlıq edib. Sualtı gəmi, üçüncü körpü sahillərində səthə çıxaraq təqibi dayandırıb.


OXŞAR XƏBƏRLƏR