Mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

Mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

Gələn il Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin tətbiqi planlaşdırılır.

 

Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hazırda qüvvədə olan məcəllədə Azərbaycanda qeydiyyatdan keçən film istehsalını və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Təklif olunan dəyişikliklərə əsasən, güzəştin həcminin 75 %-dən 90 %-ə, müddətinin 3 ildən 5 ilə, güzəşt verilən subyektlərin sayının 2-dən 6-dək artırılması, həmin subyektlərin siyahısına isə teatr, muzey, simfonik orkestr və film prodüseri fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə olunması nəzərdə tutulur.

 

Bundan əlavə, film istehsalı və dublyajını həyata keçirən fiziki şəxslərin və film prodüserinin həmin fəaliyyətdən əldə etdiyi gəlirlərin 90 %-nin 5 il müddətinə gəlir vergisindən də azad edilməsi təklif olunur. Həmçinin, həmin şəxslərin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azadolma nəzərdə tutulur.

 

Teatr, muzey, simfonik orkestr, film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirlərinin də 5 il müddətinə 14 % dərəcə ilə ödəmə mənbəyində vergidən azad edilməsi təklif olunur.

 

Bundan əlavə, təklif edilən dəyişikliklərdə, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə fiziki şəxs olan istehlakçılar tərəfindən nağdsız qaydada ödənilən ƏDV-nin 50 %-nin həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bütövlükdə, mədəniyyət sektoruna vergi güzəştlərinin verilməsi nəticəsində bu sahənin inkişafı, əlavə investisiyaların cəlbi və bu sahədə fəaliyyətin şəffaflaşması hədəflənir.


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...