“Ramiz Rövşənin bu şeiri xoşuma gəlmir” – Geranidən qalmaqallı AÇIQLAMA + VİDEO

“Sənət estetika məsələsidir”.
Sfera.az bildirir ki, bunu tanınmış şair Şəhriyar del Gerani dizayner Aynur Xəlilovanın “Youtube”da yayımlanan "Hərşeyşünas" podkastında qonaq olarkən söyləyib.
Gerani Xalq şairi Ramiz Rövşənin “Səni sevmək çətindir, Vətən” şeirini müzakirə edərkən, misraların qeyri estetik olduğunu bildirib:
“”Sənə sevgim zorlanmış qızı sevməyə bənzər...”. Bu nədir? Zorlanmış qızı sevmək nə deməkdir? Ona görə deyirəm ki, sənət özü estetika təklif etməlidir. Yəni Azərbaycan xalqının düşüncəsində olan biabırçılıqları götürüb şeirə gətirmək və oradan xal tutmaq böyük şairə yaraşmaz. Zorlanmış qızı sevməkdə nə var ki, indi zorlayıblar da nə olsun?”.
Şair qeyd edib ki, onun bir müəllif kimi Ramiz Rövşənin sözügedən şeirindən xoşu gəlmir: “Mən onun böyüklüyünü başqa yerlərdə görürəm. Məsələn, onun "Ay işığı" şeiri dərsliyə salınası şeirdir”.
Türkan