Qüdrət Həsənquliyev Prezidentə və hökumətə təşəkkür etdi

Qüdrət Həsənquliyev Prezidentə və hökumətə təşəkkür etdi

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı öncə deyib ki, bu gün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır: “Bu münasibətlə onları təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram”.

 

Sfera.az xəbər verir ki, ƏHD Partiyasının sədri daha sonra büdcə sənədindən danışıb:

 

“Milli Məclsiin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova və maliyyə naziri Samir Şərifova təşəkkür edirəm. Samir müəllimin qeyd etdiyi bütün dəyişiklikləri, o cümlədən siyasi partiyalara ayrılan vəsaitin artırılmasını mütərəqqi sayıram, təqdir edir və dəstəkləyirəm”.

 

Deputat bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti, demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğunda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və medianın rolu əvəzsizdir:

 

“Bu gün ölkəmizə qarşı aparılan bütün böhtan və qarayaxma kampaniyasına qarşı onlar dayanır və bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur. Bütün bunları nəzərə alaraq, siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün maliyyə vəsaitinin artırımasına görə həm cənab Prezidentə, həm də Nazirlər Kabinetinə öz minnətdarlığımı bildirirəm və qanun layihəsinə səs verəcəyəm”.


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...