Hədə-qorxu ilə 10 min manat tələb edən şəxs saxlanıldı

Cəmiyyət
12:53 / 16.12.2024
2517
33 yaşlı Bakı şəhər sakini bir nəfərin ona hədə-qorxu gələrək 10000 manat tələb etməsi barədə polisə müraciət edib.
Sfera.az xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.