Bellinqem İspaniya liqasının 72 illik rekordunu təkrarladı
İdman
11:53 / 16.12.2024
1943
"Real Madrid"in ingilis yarımmüdafiəçisi Cud Bellinqem 72 il əvvəl İspaniya çempionatında əldə olunan tarixi nailiyyəti təkrarlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Mister Çip" X sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, La Liqada ardıcıl 6 matçda qol vuran Bellinqem "Blankos"un keçmiş yarımmüdafiəçisi Roke Olsendən sonra hücumçu olmadan belə nəticə göstərən ilk futbolçu olub.
Xatırladaq ki, La Liqanın 17-ci turunda "Rayo Valyekano"ya vurduğu qol (3:3) daxil olmaqla, Bellinqem "Jirona", "Atletik", "Xetafe", "Leqanes" və "Osasuna" ilə görüşlərdə fərqlənib.
Cari mövsümdə Cud klub üçün bütün turnirlərdə 19 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.