Kaliforniya sahillərində güclü zəlzələ oldu

Kaliforniya sahillərində güclü zəlzələ oldu

ABŞ-ın Sakit okean sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Şimali Kaliforniyanın Fortuna şəhərindən 63 km cənub-qərbdə, yerli vaxtla saat 23:22-də (Bakı vaxtı ilə 11:22) qeydə alınıb.

 

Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

 

Hadisə nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də elan olunmayıb.


OXŞAR XƏBƏRLƏR