Bu istiqamətdə yeni marşrut xətti açıldı

Cəmiyyət
11:47 / 15.12.2024
4393
Yeni marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
“Bu gündən Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirən yeni 20 nömrəli marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib”, - deyə bildirilib.