Maşın işıq dirəyinə çırpıldı: ölən var


Maşın işıq dirəyinə çırpıldı: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib.

 

Şamil Məhəmməd oğlu Nağıyev idarə etdiyi VAZ-21099 markalı avtomobil idarəetməni itirərək yol kənarında işıq dirəyinə dəyib. Sürücü Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR