MM-in xərclər smetası 1 milyon manata qədər artırılır


MM-in xərclər smetası 1 milyon manata qədər artırılır

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.

 

Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əmək haqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.

 

Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.

 

Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əmək haqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.


OXŞAR XƏBƏRLƏR

56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.   Sfera.az Bizim.Media-y...

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...