"Dövlət kəmiyyətə deyil, keyfiyyətə önəm verəcək, ödənişli əsgərlik məsələsi..." - AÇIQLAMA

"Dövlət kəmiyyətə deyil, keyfiyyətə önəm verəcək, ödənişli əsgərlik məsələsi..." - AÇIQLAMA

Xəbər veriyimiz kimi, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bu, ötən gün "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşdan 35 yaşadəkdir.

 

Maraqlıdır, bu dəyişikliyin əsas səbəbləri nələrdir və təsirləri necə olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, çağırış yaşının 30 yaşa endirilməsi təklifi yaxşı xəbərdir.

 

Onun sözlərinə görə burada bir neçə səbəb var:

 

“Belə ki, Azərbaycan yarı-peşəkar, Türkiyə ordu modelinə keçir, proses bitmək üzrədir, ərazi bütövlüyümüz də tam bərpa edilib, daha çoxsaylı orduya ehtiyac yoxdur. Həmçinin dron və yeni silahlar çağırışçı əsgər sayının azaldılmasına xidmət edir. Digər tərəfdən, sülh müqaviləsi də qapıdadır. Eyni zamanda, Türkiyə ilə imzalanmış "Şuşa Bəyannaməsi" NATO-nun 5-ci maddəsi kimidir, hətta ondan da güclüdür, çünki NATO-nun 5-ci maddəsi deyir ki, üzv ölkələrə hücum olsa, birgə qorunmaq və cavab üçün müzakirələr başlayır (qərar həmən verilmir), "Şuşa Bəyannaməsi"nə görə isə Türkiyəyə hücum olsa, Azərbaycan, Azərbaycana təhlükə olsa, Türkiyə dərhal müdafiə üçün hərəkətə keçir. Bu sənəd də əsgər sayının azalmasına xidmət edir”. 

 

N.Cəfərli qeyd edib ki, çox güman, "ödənişli əsgərlik", məsələsi də gündəmə gələcək. 

 

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, yaş həddinin 35-dən 30-a endirilməsi, hərbi xidmət müddətinin 1,5 ildən 1 ilə endirilməsi və digər dəyişiklər qəbul edilərsə, bundan dövlət də, vətəndaş da qazanar:

 

“Kəmiyyət göstəriciləri üzrə olan dəyişiklik dövlətə imkan verəcək ki, bunu keyfiyyət göstəricilərinin daha da yüksəlməsinə çevirsin. Ən azı dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq ki, bu da həmin vəsaitin daha effektiv istifadəsinə imkan verəcək. Ölkə vətəndaşlarına gəlincə isə, bu az qala hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcək. Odur ki, həm dövlət üçün, həm də vətəndaşlar üçün bu dəyişiklikləri önəmli hesab edir və birmənalı olaraq dəstəkləyirəm”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bunu edən tibb işçiləri cərimələnəcək

Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan ...

Atasının hədiyyəsini götürmədi, məktubunu da CIRDI

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.   Sfera.az xəbər verir ki, "Bir gün" verilişində qonaq olan sənətçi ...

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...