"Bu, Ukraynanın əlini gücləndirəcək" - Janet Yellen

"Bu, Ukraynanın əlini gücləndirəcək" - Janet Yellen

ABŞ Rusiyanın neft gəlirlərini azaltmaq üçün səylərini davam etdirəcək.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Janet Yellen deyib.

 

"Burada bir sıra imkanlar var. Biz sanksiyaları nəzərdən keçirmirik, lakin həmişə neft gəlirlərinə baxırıq. Əgər biz Rusiyanın neft gəlirlərini daha da zəiflətmək yollarını tapa bilsək, bu, Ukraynanın əlini gücləndirəcək”, - o bildirib.

 

Yellen əlavə edib ki, Vaşinqton və müttəfiqləri də Rusiya neftinin qiymətinin aşağı salınmasını nəzərdən keçirə bilərlər.

 

Qeyd edək ki, 5 dekabr 2022-ci ildə Aİ-nin Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo qüvvəyə minib. G7 ölkələri, Avropa Birliyi və Avstraliya özlərinə bağlı gəmilər və ərazilər üçün Rusiya dəniz neftinin barelinə 60 ABŞ dolları qiymət həddi tətbiq ediblər. 2023-cü il fevralın 5-dən Rusiyadan gələn neft məhsullarına da analoji məhdudiyyətlər tətbiq edilib, maksimum qiymət məhsul kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 ABŞ dolları müəyyən edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bunu edən tibb işçiləri cərimələnəcək

Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan ...

Atasının hədiyyəsini götürmədi, məktubunu da CIRDI

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.   Sfera.az xəbər verir ki, "Bir gün" verilişində qonaq olan sənətçi ...

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...