"İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür" - İLHAMƏ

Müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" proqramının "Gəlmələr" rubrikasının qonağı olub.

BiG.AZ xəbər verir ki, sənətçi şəxsi həyatından danışıb: 

"Mənə deyir ki, "Yeni ulduz" müsabiqəsindən mənim fanatım olub. Mənim üçün gözəllik önəmli deyil, əsas ağıldır. Yeni tanış olanda onun yanında özümü çox kiçik hiss etdim, çünki onun qədər məlumatlı deyildim. Məni cəlb edən əsas ağıllı olması idi. Bəzən məndən inciyir, amma səbəbini tapa bilmirəm. Deyirəm ki, mənə xəbər elə, bilim niyə incimisən. Amma mən heç vaxt ona naz etmirəm.

Yoldaşım məndən 18 yaş böyükdür. Bu mənim alın yazımdır. İlk həyat yoldaşım da 16 yaş böyük idi. Həyat yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, aylıq toylardan gələcək gəliri mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir".

İlhamə ana olması haqda yayılan xəbərlərə isə sərt reaksiya verib: 

"Mənim övladım yoxdur. Lakin müsabiqədə olan zaman şayiə yayıldı ki, anayam. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin".

Sənətçi Almaniya layihəsindən də söz açıb:

"Almaniyaya getməyim təsadüf nəticəsində olub. Mən "X-factor"a getmişdim. Alman dilini bilmədiyimə görə 3 mərhələ keçməli oldum. Mənim qabağıma şərt qoydular ki, 15 kilo arıqlamalıyam. Dedim ki, mən ölsəmdə 0 bədən olmayacam. Klip çəkilən zaman mənə dedilər ki, sən "Sexsy lady" olmalısan. İnanın ki, mən xoşbəxtəm ki, həmin ərəfədə çəki almışdım. Yoxsa çimərlik geyimi geyindirəcəklərdi mənə. O qədər ağlayırdım. Evə qayıtmaq istəyirdim. Mən fikirləşirdim ki, atam oturub baxacaq mənə deyəcək "Maşallah". 

OXŞAR XƏBƏRLƏR

Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.   Sfera.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, buna sə...

Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər. &nbs...

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi ray...