3 gündür dənizdə qalan 11 yaşlı qız sağ tapılıb


3 gündür dənizdə qalan 11 yaşlı qız sağ tapılıb

İtaliyada 11 yaşlı qız Aralıq dənizindən tapılıb. O, avtomobil təkərlərindən yapışaraq üç gün suda qala bilib.
 

Sfera.az bildirir ki, Qərbi Afrikadakı Sierra Leonedən olan qız bir neçə gün əvvəl Tunisi tərk edən miqrant qayığında olub. Xilasedicilərin dediyinə görə, o, İtaliyanın Lampeduza adası yaxınlığında batan gəmidən sağ qalan yeganə şəxs olub. Fırtına zamanı qayığın batması nəticəsində onlarla miqrantın öldüyü ehtimal edilir.
 

Qız digər miqrantlarla birlikdə qayıqla Tunisdən Avropaya getməyə çalışıb. Ondan başqa heç kim sağ tapılmayıb.
Xilasedicilər uşağa ilkin tibbi yardım göstəriblər.
 

2023-cü ilin avqust ayından Aralıq dənizində mülki dəniz xilasedicilərinə kömək edən alman yelkənli gəmisi “Tromatar III”kapitanı Matthias Wiedenlubbert:
 

"Mühərrik işlədiyi halda uşağın səsini eşitməyimiz inanılmaz bir təsadüf idi" - deyə bildirib.
 

Kapitan, ekipajın sağ qalanları axtardığını, lakin güclü dalğalar və küləklər ilə bir gün davam edən fırtınadan sonra ümidsiz olduqlarını deyib.
 

Xilasedicilərin sözlərinə görə, uşağın yanında nə içməli su, nə də yemək olub. Lakin o, kəskin hipotermiya olmasına baxmayaraq, reaksiya verib.
 

Qeyd edək ki, Şimali Afrikaya materik İtaliyadan daha yaxın olan Lampeduza adası xaricdə daha yaxşı həyat axtaran miqrantlar üçün çox vaxt tranzit məntəqəsi kimi istifadə olunur.
 

BMT-nin UNICEF-in İtaliyadakı nümayəndəliyinin rəhbəri Nikola Dell'Arciprete bildirib ki, bu hadisə dünyanın ən təhlükəli dəniz miqrasiya yollarından birində növbəti faciədir.


"Hər bir həyat önəmlidir. Bizə təhlükəsiz marşrutlar, axtarış və xilasetmə lazımdır. Uşaqları qorumaq bir məsuliyyətdir” - Dell'Arciprete “X”-də paylaşımında yazıb.


Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildən bəri Aralıq dənizində 30 mindən çox miqrant itkin düşüb. Hər il minlərlə insan Afrikanın şimal sahillərindən və Türkiyədən sığınacaq axtarmaq və ya lazımi sənədləri olmadan Avropaya köçmək üçün təhlükəli gəmi səyahətinə cəhd edir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.   Sfera.az Bizim.Media-y...

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...