Hikmət Hacıyev: Azərbaycan Rusiya qazını Qərbə satmır

Hikmət Hacıyev: Azərbaycan Rusiya qazını Qərbə satmır

Azərbaycanın Rusiya təbii qazının Qərbə satmağına dair iddialar açıq aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır.

 

Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən STRATCOM-2024 çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı bildirib.

 

Bundan əlavə, 44-günlük müharibə və antiterror əməliyyatı zamanı da Azərbaycana qarşı çoxlu sayda dezinformasiya qeydə alınmışdı.

 

O qeyd edib ki, Azərbaycan süni intellektdən istifadə edərək dezinformasiya ilə mübarizə aparıb.

 

H. Hacıyevin sözlərinə görə, müharibənin bitdiyinə baxmayaraq, Azərbaycana qarşı dezinformasiya siyasəti davam etdirilir və Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə də danışıqlar zamanı qarşı tərəfin diqqətinə çatdırır.

 

Prezidentin köməkçisi onu da əlavə edib ki, dezinformasiya kampaniyaları Bakıda keçirilən COP29-la bağlı da yürüdülürdü.

 

Hikmət Hacıyevin sözlərinə görə, Türkiyə və Azərbaycan ikitərəfli formatda və TDT çərçivəsində süni intellekt sahəsində də əməkdaşlıq edir.(APA)


OXŞAR XƏBƏRLƏR

56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.   Sfera.az Bizim.Media-y...

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...