Jurnalistlərə xarici siyasət prioritetləri mövzusunda təlim keçirildi

Jurnalistlərə xarici siyasət prioritetləri mövzusunda təlim keçirildi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib.

 

Sfera.az xəbər verir ki,  təlimdə əsas məqsəd Azərbaycana qarşı həyata keçirilən qara piar, həmçinin dezinformasiya kampaniyalarının önünə keçmək, medianın mümkün təhdidlər qarşısında operativlik və məlumatlılığının artırılmasına töhfə vermək olub.

 

Konfransda açılış nitqi ilə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev xarici siyasət sahəsində media təlimlərinin təşkil edilməsinin sözügedən sahə üzrə ixtisaslaşan jurnalistlərdə məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, media təmsilçilərinin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə düzgün işıqlandırılması baxımından vacibdir.

 

Mətbuat nümayəndələri üçün təlimlərin vacibliyinə toxunan XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məqsəd həm də jurnalistlərin ekspert kimi yetişdirilməsi və analitik yanaşmalarının təkmilləşdirilməsidir.

 

Tədbirin birinci hissəsində F.Şəfiyev “Azərbaycanın qonşu dövlətlər və qlobal güc mərkəzləri münasibətləri: çağırışlar və imkanlar”, A.Hacızadə “Azərbaycan- Ermənistan sülh prosesi: fürsətlər və əngəllər”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan xarici siyasətində Türk Dövlətləri Təşkilatı” mövzularında təlim keçiblər.

 

Konfransın ikinci hissəsində XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Əkrəm Zeynallı “Azərbaycan-Çin münasibətləri yeni mərhələdə: gözləntilər”, BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Donald Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri: əngəllər və fürsətlər” mövzularında təlim keçiblər.

 

11 media təmsilçisinin qatıldığı təlimdə iştirakçılara sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.   Sfera.az Bizim.Media-y...

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...