"Kapital Bank" "Tech Guild Kick-Off"tədbirini keçirdi

"Kapital Bank" "Tech Guild Kick-Off"tədbirini keçirdi

"Kapital Bank"ın “Agile” və Texniki ofisinin birgə təşkilatçılığı ilə “Tech Guild Kick-Off” tədbiri baş tutub.

 

Sfera.az xəbər verir ki, tədbir texniki və biznes sahələrində çalışan əməkdaşların bilik və təcrübə mübadiləsinə, həmçinin texnologiya sahəsində yeni yanaşmaların tətbiqinə həsr edilib. 

 

Tədbirin açılışında “Agile” Ekspert Mərkəzinin lideri Şahnaz Nuri gildiyaların “Agile” transformasiyaya yeni nəfəs gətirdiyini və bir çox istiqamətin inkişafında yeni bir cığır açdığını vurğulayıb. O, gildiyaların əməkdaşların yalnız öz fəaliyyət sahələrində deyil, digər istiqamətlərdə də bilik və bacarıqlarını artırmaq üçün əhəmiyyətli bir vasitə olduğunu, eləcə də bunun biznesə həm sürət, həm də keyfiyyət qatacağına inandığını qeyd edib. İnformasiya texnologiyaları idarəsinin Baş direktoru Mixail Qromov isə gələcək perspektivlər və innovativ həllərin biznesə qatdığı töhfələr haqqında danışıb. Tədbirdə Kapital Bank-ın biznes və texniki liderlərinin iştirakı ilə təşkil edilən panel xüsusilə seçilib. Paneldə texniki mükəmməllik və biznesdə sürətin balansı, prioritetlərin idarə olunması, çevik rollardan gözləntilər kimi mövzular müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb. 

 

Tədbir çərçivəsində “DevOps”, “Arxitektura və Development”, “QA və Analitika”, eləcə də “İnformasiya təhlükəsizliyi” kimi dörd əsas istiqamət üzrə 16 sessiya keçirilib. 400-dən çox əməkdaşın iştirak etdiyi bu sessiyalarda Kapital Bank-la yanaşı, “Umico” və “Pasha Pay” şirkətlərini təmsil edən spikerlər də çıxış edib.  

 

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.   Sfera.az Bizim.Media-y...

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...