Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşdü - FOTOLAR

Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşdü - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb.

 

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

 

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfər etdiyini qeyd edən Ruanda Respublikasının Prezidenti Pol Kaqame tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Pol Kaqame göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdən gözəl təəssüratlarla ayrıldığını deyib.

 

Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə Ruandada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edib. Bu günlərdə Ruandada Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasının keçirildiyini qeyd edən Pol Kaqame Azərbaycanın beynəlxalq layihələrə, o cümlədən dünya əhəmiyyətli idman yarışlarına, xüsusilə Formula 1 yarışına uğurla ev sahibliyi etdiyini vurğulayıb. Gələcəkdə Formula 1 yarışının Ruandada da keçiriləcəyinə ümidvar olduğunu deyən Prezident Pol Kaqame bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyinə böyük önəm verdiyini bildirib.

 

Görüşdə Ruanda Respublikasının Prezidentinə Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri - “Azərbaycan. Təbiətin sehrində” kitabı təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...

İqlesiasın konsert biletləri təəccübləndirdi - 5170 manatdan başlayır

Tanınmış ispan müğənnisi Enrike İqlesias Misirdə "Rixos" otelinin açılışı münasibətilə konsert proqrammı ilə çıxış edəcək. Sfera.az xəbər verir k...

Ədalət simvolu olan 2 bürc: Haqsızlığa susmurlar

Bəzi insanlar üçün həyatın ayrılmaz prinsipi ədalətdir. Astrologiya mütəxəssisləri haqsızlıq qarşısında susmayan, həqiqəti müdafiə etməkdən çəkinməyən və ədalət...

Azərbaycan Liqasında ilk finalçı BƏLLİ OLDU

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.   Sfera.az xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb. ...