Bakıda orta əməkhaqqı ARTDI

Bakıda orta əməkhaqqı ARTDI

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 252,7 manat təşkil edib.

 

Bu barədə Sfera.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 % artıb.

 

Qeyd edək ki, 9 ayda Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 993 manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR