"Hər şeyi müzakirə etməyə hazıram"

 
Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçiriləcək müzakirələrdən əvvəl açıqlama verib.
Ölkə.Az xəbər verir ki, Bəşər Əsəd görüşlərdə hər mövzunun müzakirə edilə biləcəyini bildirib.
Qazaxıstan görüşlərinə kimlərin qatılacağı barədə suala Əsəd "Görüşlərdə qarşı tərəfin kimlər olacağını hələ bilmirəm"-cavabını verib.
Bəşər Əsəd deyib: "Sülh danışıqlarında mənim mövqeyimin müzakirə edilməsinə hazıram. Amma mənim mövqeyim birbaşa konstitusiya ilə əlaqəlidir. Bu məsələni müzakirə etmək istəyirlərsə, konstitusiyanı müzakirə etməlidilər. Konstitusiya dəyişikliyi olacaqsa, buna suriyalılar qərar verməlidir.
Şam şəhərində əsas su mənbələri işğal edilib. Ordunun vəzifəsi bu mənbələri işğaldan azad etməkdir. Müzakirələrdə silahı yerə qoyan müxaliflər əfv ediləcək".


OXŞAR XƏBƏRLƏR