Təcili yardım maşını qəzaya düşdü, qadın öldü - FOTO


Təcili yardım maşını qəzaya düşdü, qadın öldü - FOTO

Noyabrın 26-da Lənkəranda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan həmin maşındakı xəstə vəfat edib.

 

"Mercedes" markalı tibbi avtomobildə xəsarət alan Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə Lənkəranın Digah kəndi ərazisində qeydə alınmışdı.

 

Belə ki,  Astaradan Lənkərana xəstə gətirən Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili ilə toqquşub.

 

Qəzada, avtomobildə olan xəstə, Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova və onun yaxınları Elnarə Elsevər qızı Əhmədova, Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunmuşdular.

 

Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi./"Qafqazinfo"

 


OXŞAR XƏBƏRLƏR

May ayının 14 günü ilə bağlı hamıya XƏBƏRDARLIQ

Aprelin sonu və Mayın əvvəlində başlayaraq, 2025-ci ilin May ayı astrologiya baxımından kifayət qədər "sınaq" günlərinə malikdir. Bu zaman çərçivəsind...

Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndir...

Nazir tanınmış cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir An...

Aprel ayının son günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də ...

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb.  İl...