Türkiyədə sosial şəbəkələr bu şəxslərə qadağan edilə bilər - Nazir AÇIQLADI

Türkiyədə sosial şəbəkələr bu şəxslərə qadağan edilə bilər - Nazir AÇIQLADI

Türkiyə hakimiyyəti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə və onlayn oyunlara girişini məhdudlaşdıra bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu məlumat verib.

 

“16 yaşdan kiçik uşaqlarımızı sosial medianın və onlayn oyunların zərərindən qorumaq və bu cür zərərli məzmunun yayılmasının qarşısını almaq üçün qanunvericiliyə ehtiyac zərurətə çevrilib. Bu, ilk növbədə internet provayderlərinin və sosial şəbəkə platformalarının sahiblərinin məsuliyyətini artıracaq”, - nazir parlamentdə büdcə dinləmələrində deyib.

 

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti sosial şəbəkələrdə zorakılıq, uşaq istismarı, nifrətə çağırış və digər neqativ məzmunlu materialların yayılması ilə əlaqədar məhdudiyyətlərin tətbiqi məsələsini öyrənməyə başlayıb.

 

“Qurumlarımız ailə işləri, ədliyyə və daxili işlər nazirlikləri ilə birgə müvafiq işlər görür. Bir vətəndaş və bir rəhbər kimi parlamentimizdən lazımi hüquqi tədbirlər görməsini gözləyirəm. İnanıram ki, birlikdə hərəkət etməklə, biz bu təhlükəni dəf edə və uşaqlarımız üçün daha təhlükəsiz gələcək təmin edə bilərik”, - nazir bildirib.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...