Orta əməkhaqqında azalma DAYANDI - MÜQAYİSƏ

Orta əməkhaqqında azalma DAYANDI - MÜQAYİSƏ

Azərbaycanda son aylarda orta əməkhaqqında müşahidə edilən azalma dinamikası 2024-cü ilin yanvar-oktyabr aylarında dayanıb.

 

Sfera.az xatırladır ki, orta əməkhaqqı yanvar-apreldə 1007 manat olduğu halda, yanvar-sentyabrda 993 manata düşmüşdü. Yanvar-oktyabrda enmə dinamikası dayanıb və orta maaş 993,2 manat səviyyəsində qalıb.

 

Qeyd edək ki, 2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773,3 min nəfər olub. Onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR