Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

"Azərbaycanda tək-tək hallarda A tipli qrip virusuna aid olan H3N2 aşkar olunur". Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya deyib ki, bu gün insanlarda əsasən respirator virus infeksiyalarına xas olan adena virus, paraqrip müşahidə edilir. 

Onun sözlərinə görə, tək-tək hallarda A tipinə aid olan virus yoluxmaları olur və bu, mövsümi haldır: "Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur. Xəstəlik ona görə ağır keçir ki, insanlar yataq rejimə riayət etmir, həkimə getmir, müalicə almırlar. Bu qaydalara riayət edilmədikdə xəstəlik ağırlaşır. Amma ilk əlamətlər olduqda həkimin dediyi təyinatla müalicə olunsa, həmin şəxslərdə xəstəlik yüngül keçir, heç bir ağırlaşma-bronxit, pnevmaniya olmur. Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olurlar. Xəstə insanlar işə davam edəndə, evdən çıxanda ətrafdakıların da yoluxmasına səbəb olur”.
 
A.Əliyeva qeyd edib ki, bu günə kimi nisbətən ağır respirator infeksiya keçirən xəstələrdən laborator müayinə üçün material götürülür və Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında müayinə olunur. Direktor müavini vurğulayıb ki, onların arasında bir neçə nəfərdə A tipli qrip virusuna aid olan H3N2 qeydə alınıb. Onun sözlərinə görə, H3N2 çox yüngül keçən mövsümi qripdir.
 
A.Əliyeva qeyd edib ki, Azərbaycanda insanların qripdən ölməsi ilə bağlı səsləndirilən fikirlər əsasızdır, indiyə kimi ölkədə qripdən ölən olmayıb. 


OXŞAR XƏBƏRLƏR

TikTok-a maraq niyə artır? - Hər yaşda insan bu platformadadır

Son illərdə sosial media platformaları arasında sürətlə yüksələn və xüsusilə gənclər arasında məşhurluq qazanan TikTok, artıq yaş məhdudiyyətini aşaraq geniş au...

Uşağı hava limanında qoyub, tətilə getdilər

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hava limanında tərk ediblər.   Sfera.az xəbər verir ki, uşağın sənədlərinin müddət...

Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.   Sfera.az ...

Manatının nominal və real effektiv məzənnələri azaldı

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.   Bu barədə Sfera.az Azə...

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlum...

Qəzaya düşən yeniyetmə xəstəxanada öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə ...