"Ukrayna ərazisinin üçdə birini itirəcək və heç vaxt NATO-ya..." - Baş nazirdən MÜHÜM AÇIQLAMA

"Ukrayna ərazisinin üçdə birini itirəcək və heç vaxt NATO-ya..." - Baş nazirdən MÜHÜM AÇIQLAMA

"Ukrayna Rusiya ilə münaqişə səbəbindən ərazisinin 30%-ni itirəcək, lakin ABŞ və müttəfiqlərindən heç vaxt NATO-ya dəvət almayacaq".

 

Sfera.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib. Fikonun fikrincə, Ukrayna münaqişəsinin həlli atəşkəsə nail olmaqdan və danışıqlara başlamaqdan keçir.

 

Baş nazir münaqişənin nəticələrinin Ukraynanın daxili sabitliyinə əhəmiyyətli dərəcədə təsir edəcəyini də vurğulayıb.

 

Qeyd edək ki, dekabrın 8-də Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu, sülh yoluna çıxmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə hər hansı danışıqları qadağan edən fərmanını ləğv etməsi və danışıqların davam etdirilməsi üçün göstəriş verməsinin kifayət edəcəyini bir daha bəyan edib.

 

Rusiya Prezidenti Vladimir Putin iyunun 14-də Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə Ukraynadakı vəziyyətin nizamlanması üçün ölkənin şərtlərini açıqlayıb.

 

Onların arasında Ukrayna silahlı qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması və Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi var. Bundan əlavə, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi bütün sanksiyaların aradan qaldırılmasını istəyir və Ukraynadan bloklara qoşulmamaq və nüvə silahından azad olmaq öhdəliyini tələb edir. Onun rusdilli əhalisinin də hüquq, azadlıq və mənafeləri təmin edilməlidir.

 

Firuzə Əliyeva

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...