Türkiyənin cari əməliyyatlar balansı tarazlaşır - Son 5 ayda profisit olub

Türkiyənin cari əməliyyatlar balansı tarazlaşır - Son 5 ayda profisit olub

Türkiyə iqtisadiyyatının cari əməliyyatlar balansında oktyabrda 1,88 milyard dollar müsbət saldo yaranıb. “Bloomberg” sorğusuna qatılan iqtisadçıların gözləntiləri cari əməliyyatlar hesabında müsbət saldonun 1,3 milyard dollar olacağı idi. Sentyabr ayında cari əməliyyatlar balansı 3 milyard dollar müsbət saldo vermişdi.

 

Sfera.az xatırladır ki, cari əməliyyatlar balansında iyundan etibarən hər ay profisit olur.

 

Türkiyə Respublikası Mərkəzi Bankının məlumatlarına görə, oktyabr ayında enerji və qızıl xaric cari əməliyyatlar balansında 7,2 milyard dollar müsbət saldo yaranıb.

 

Amma illik hesablamada cari balansda 7,68 milyard dollar kəsir qeydə alınıb.

 

Qeyd edək ki, Türkiyədə həmişə cari əməliyyatlar balansında kəsir müşahidə olunub. Bu səbəbdən türk lirəsi davamlı ucuzlaşıb. Son aylarda cari əməliyyatlarda kəsirin azalması müşahidə edilir ki, bu da lirənin ucuzlaşma sürətini xeyli azaldıb.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...