Tovuzda rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda

Tovuzda rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda
 
Tovuzun Dondar Quşçu kənd məzarlığı dağılıb. Ən ürəkparçalayan fakt ondan ibarətdir ki, qəbiristanlıqda uyuyan şəhidlərin məzarları da baxımsızlıqdan dağılıb tökülüb.

Politika.Az-ın məlumatına görə, sosial şəbəkələrdə məzarlıqdan fotolar yayımlanıb. Rayon icra başçısı Tofiq Zeynalova və Tovuzun deputatlarına ünvanlanan mesajda onların laqeydliyinə etiraz edilib. 

Yerli sakinlər Feysbukda Tovuz rəhbərliyinin diqqətsizliyinə qəzəblə reaksiya verib. Onların sözlərinə görə, icra başçısının vaxtı olanda vətən uğrundan canından keçən şəhidlərin məzarlarının dağılması ilə maraqlanar. 

Təbii ki, bu fakt qarşısında Tovuz rayon İcra Hakimiyyətinin və kənd bələdiyyəsinin nə cavab verəcəyi də bəlli deyil. 

Acı reallıq və tükürpədən mənzərə budur ki, kəndin məzarlığındakı şəhidlərin baş daşları dağılıb, ayaqlar altına atılıb. 

Erməni ictimaiyyətinə fürsət qazandıran bu məmurların laqeydliyi, bivecliyi, biznes maraqlarını üstün tutması ucbatından şəhidlərimizin məzarları da batıb gedir. T.Zeynalov belə bir həssas məsələyə laqeydlik nümayiş etdirməklə tovuzluların hiddətinə səbəb olub. 

Dondar Quşçu sözünün birinci komponenti Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayan 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat verib. 

Dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşayıblar.

Sözün ikinci komponenti "Quşçu" etnotoponimi ilə bağlıdır. Bu etnotoponim qədim mifoloji inamlara söykənir.



OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...