Azərbaycanın Avropaya satdığı qazın həcmi AÇIQLANDI - RƏSMİ

Azərbaycanın Avropaya satdığı qazın həcmi AÇIQLANDI - RƏSMİ

Azərbaycan Avropa ölkələrinə 2024-cü ilin ilk 11 ayında 11,7 milyard kubmetr təbii qaz ixrac edib.

 

Sfera.az Energetika Nazirliyinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu həcm əvvəlki ilin eyni dövründəki həcmdən 8 faiz böyükdür.

 

Ümumilikdə bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 22,9 milyard kubmetr qaz satıb. Azərbaycan qazının əsas alıcısı Avropa ölkələri olub.

 

Avropa ilə yanaşı, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR