Xamenei Əsədə görə bu ölkələri günahlandırdı: "İranda ümid edirlər ki..." - AÇIQLAMA

Xamenei Əsədə görə bu ölkələri günahlandırdı: "İranda ümid edirlər ki..." - AÇIQLAMA

İranın ali dini lideri Ayətullah Əli Xamenei Suriyada Əsədin devrilməsinə görə üç ölkəni günahlandırıb. Bu üç ölkədən ikisinin ABŞ və İsrail olduğunu desə də, üçüncüsünü sadəcə “Suriyaya qonşu olan ölkə” adlandırıb.

 

Maraqlıdır, Xameneinin adını çəkmədiyi üçüncü ölkə hansıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, söhbətin Türkiyədən getdiyi məlumdur:

 

“Ankara daha öncə Dəməşqdə görüşün keçirilməsi, müxalifətlə sülh danışıqlarının başlanması və qaçqınların geri qayıdışına şəraitin yaradılması təklifini versə də, Əsəd bundan yayındı. İstisna deyil ki, Əsədin Ərdoğanla görüşdən imtina etməsində İranın da təsiri olub. Lakin Suriyada İran-Rusiya və ABŞ-İsrail cəbhəsi arasında balansı təmin edən Ankaranın Əsəd məsələsində ikincilərlə birlikdə olması hakimiyyət dəyişikliyi və Tehranın strateji itkisi ilə nəticələndi”.

 

Onun sözlərinə görə, Xameneinin Türkiyənin adını çəkməməsi Tehranın hazırda möhtac olduğu Ankara ilə körpüləri tamamilə yandırmamaq istəyindən qaynaqlanır:

 

“Çünki Türkiyə Suriyada hələ də balansı dəyişə biləcək rolunu saxlayır. İranda ümid edirlər ki, Ankara PYD/YPG məsələsində Vaşinqton-Təl-Əviv cəbhəsi ilə tərs düşəcəyi təqdirdə Tehranla yenidən yaxınlaşacaq, bu da onlara Suriyada müqavimət gücünü Türkiyə vasitəsilə saxlamaq, itirdiklərini müəyyən qədər kompensasiya etmək imkanı verə bilər”.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...