Azərbaycanda inflyasiya yenidən güclənir - STATİSTİKA

Azərbaycanda inflyasiya yenidən güclənir - STATİSTİKA

Azərbaycanda illik qiymət artımlarında yenidən güclənmə müşahidə edilir.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik inflyasiya 2024-cü ilin noyabrında 2023-cü ilin eyni ayına nisbətən 4,4 faiz artıb.

 

İllik inflyasiya bu ilin aprelində sıfır faiz həddinə düşdükdən sonra bahalaşma sürəti iyunda 1,1 faizə, sentyabrda 3,4 faizə çatdı. Noyabrda isə qiymət artımının sürəti daha da artaraq 4,4 faiz olub.

 

Bu il qiymətlərdəki artımın əsas təkanverici qüvvəsi pullu xidmətlər və qida məhsullarıdır. Bir ildə pullu xidmətlərin qiymət səviyyəsi 6 faiz, qida məhsullarının qiymət səviyyəsi 4,4 faiz yüksəlib. Qeyri-qida məhsullarının qiymətində isə 2,2 faiz artım baş verib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...