ABŞ-nin yardımı olmasa, Ukrayna nə qədər döyüşə bilər? - Mühüm AÇIQLAMA

ABŞ-nin yardımı olmasa, Ukrayna nə qədər döyüşə bilər? - Mühüm AÇIQLAMA

ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Kiyev mövcud silahları ilə Rusiyanın hücumlarının qarşısını cəmi 6 ay ala biləcək.

 

Sfera.az xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko İspaniyanın “Pais” qəzetinə müsahibəsində deyib.

 

“Düşünürəm ki, 2025-ci ilin birinci yarısının sonuna qədər müharibə aparmaq üçün kifayət qədər vəsaitimiz, silahımız, eləcə də kifayət qədər raket və artilleriya mərmilərimiz var”, - Ukrayna Maliyyə Nazirliyinin rəhbəri bildirib.

 

Marçenkonun sözlərinə görə, Kiyevə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə qarşılıqlı fəaliyyət üçün şərait yaratmaq planı lazımdır. Dekabrın 8-də ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yeni təhlükəsizlik yardımı paketini açıqlayıb. Buraya döyüş sursatları, pilotsuz uçuş aparatları, həmçinin artilleriya sistemləri, tankların və zirehli texnikalara göstərilən texniki xidmətlər üçün avadanlıq və ehtiyat hissələri daxildir. Bu paketin dəyəri 725 milyon dollardır.

 

ABŞ tərəfinin məlumatına görə, paket çərçivəsində Ukraynaya “Stinger” raketləri, pilotsuz uçuş aparatları və HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya sursatları, pilotsuz uçuş aparatları və s. veriləcək.

 

ABŞ bu yardımdan başqa, daha 20 milyard dollarlıq yardımın ayrılmasını nəzərdə tutur. Amma noyabrın sonunda “The Wall Street Journal” (WSJ) nəşrinin yazdığına görə, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə qədər planlaşdırılan 20 milyard dollarlıq yardımın hamısını Kiyevə göndərməyə imkan tapmayacaq.

 

Dekabrın 4-də WSJ bir mənbəyə istinadən xəbər vermişdi ki, 2025-ci ildə Ukraynaya döyüş meydanında Rusiya ordusu ilə müharibə aparmaq üçün 126 milyard dollar lazımdır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...