Müğənni kilsəyə getməsinə aydınlıq gətirdi

Müğənni kilsəyə getməsinə aydınlıq gətirdi
 
Xalq artisti Brilliant Dadaşova dinini dəyişməsi ilə bağlı mediada yer alan xəbərlərə münasibət bildirib.

Sfera.az-ın məlumatına görə, xalq artistinin yaydığı açıqlamada bildirilir: 

"Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs Qurani-Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlərə və mədəniyyətlərə dərin hörmət var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə, kilsələrə getmişəm, İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii ki, hər zaman Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Çox təəssüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram!".

Qeyd edək ki, bu günlərdə xalq artisti Brilliant Dadaşovanın paytaxtın mərkəzində yerləşən kilsələrin birində ictimai xadimlərin, KİV nümayəndələrinin də qatıldığı milad bayramı münasibəti ilə düzənlənən mərasimdə iştirak edib. Bundan sonra mediada onun dinini dəyişməsi ilə bağlı məlumatlar yayılıb. 



OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...