Vyetnamın ən zəngin qadınlarından biri ya 9 milyard dollar toplamalı ya da... - FOTO

Vyetnamın ən zəngin qadınlarından biri ya 9 milyard dollar toplamalı ya da... - FOTO

Vyetnamın ən varlı qadınlarından biri olan Çionq My Lan ölüm cəzasına məhkum edildiyi dələduzluq işində apellyasiya şikayətini itirib. O, ən azı 9 milyard dollar ödəsə, edamdan yayına bilər.

 

Sfera.az bildirir ki, Vyetnamın yerli qanunlarına görə, iqtisadi cinayətlərə görə ölüm cəzasına məhkum edilənlər oğurlanmış vəsaitin 75%-ni qaytarsalar, onlar həyatlarından məhrum edilmirlər.

 

Ho Chi Minh City Ali Məhkəməsi məhkum qadının banka vurduğu külli miqdarda zərəri qeydə alıb. Dəymiş zərərin dəyəri 12,3 milyard dollardır. Buna görə də hakimlər qadının cəzasını yüngülləşdirməkdən imtina ediblər.

 

2024-cü ilin aprelində 68 yaşlı Chiong Mee Lan oğurluq, rüşvətxorluq və kredit pozuntularında təqsirli bilinib. Ümumi itkilər 27 milyard dollar təşkil edib. Oktyabr ayında Lan daha bir dələduzluq üçün ömürlük həbs cəzası alıb. Onun işi yüksək rütbəli məmur və iş adamını hədəf alan genişmiqyaslı “yanan soba” anti-korrupsiya kampaniyasının bir hissəsi olub.

 

Vyetnam qanunlarına görə, iqtisadi cinayətlərə görə ölüm cəzasına məhkum edilənlər oğurlanmış vəsaitin 75%-ni qaytarsalar, onlar həyatlarından məhrum edilmirlər. Qadın 9 milyard dolları qaytarmalıdır, lakin indiyədək bu məbləği toplaya bilməyib.

 

Məhkəmə müəyyən edib ki, Chiong Mi Lan 2011-ci ildən 2022-ci ilə qədər “Saigon Commercial Bank”dan 304 trilyon VND (təxminən 12,5 milyard ABŞ dolları) dəyərində kredit alıb. Bu, 2022-ci ildə Vyetnam ÜDM-nin təxminən 3%-ni təşkil edir.

 

Müraciət zamanı iş qadınının vəkilləri cəzanın ömürlük həbslə dəyişdirilməsini istəyib. Hüquqşünasların fikrincə, ölüm hökmü təhlükəsi onun üzərindən götürülsə, lazımi məbləği toplamaq onun üçün çox asan olacaq. 9 milyard dollar toplamaq üçün Chiong Mi Lan Ho Chi Minh şəhərində daşınmaz əmlak, biznes və tikinti layihələrindəki səhmlər və paylar kimi aktivləri satmalıdır.

 

“Onun aktivlərinin ümumi dəyəri tələb olunan təzminat məbləğini üstələyir, lakin onların satılması çox səy və çox vaxt tələb edir. Aktivlərinin çoxu tez satıla bilməyən daşınmaz əmlakdır”- deyə məhkumun vəkillərindən biri izah edib.

 

Xatırladaq ki, kommunist sistemi ilə idarə olunan Vyetnamda ölüm cəzası 22 cinayətə, o cümlədən adam öldürmə, silahlı soyğunçuluq, narkotik alveri, zorlama, uşaqlara cinsi zorakılıq, həmçinin rüşvət və korrupsiya, mənimsəmə kimi bir sıra iqtisadi cinayətlərə görə verilə bilər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...