Mayk Tayson məhkəməyə verildi: Boksçudan 1,6 milyon dollar tələb edilir


Mayk Tayson məhkəməyə verildi: Boksçudan 1,6 milyon dollar tələb edilir

Amerikalı peşəkar boksçu Mayk Tayson Londonda məhkəmə prosesinin mövzusudur.
 

Sfera.az bildirir ki, “Medier” şirkəti müqaviləni pozduğuna görə ondan təxminən 1,5 milyon avro (1,59 milyon dollar) təzminat tələb edir. İddiaya görə, keçmiş ağır çəki çempionu bloqqer və boksçu Ceyk Polla döyüşmək üçün “Rabona” kazinosunun maraqlarını təmsil edən “Medier” ilə müqaviləsini pozub.
 

“Medier” iddia edir ki, müqavilə 2024-cü ilin yanvarında bağlanıb, lakin Tayson onu martda – məhz Polla döyüşü elan olunanda ləğv edib. Məhkəmə sənədləri göstərir ki, Tayson müqaviləni ləğv etmək üçün səbəb kimi “Medier”in şərtləri pozmasını göstərib. Öz növbəsində də şirkət bu ittihamları rədd edərək, Taysonun hərəkətlərini qanunsuz adlandırıb.


“Medier”in vəkilləri bildiriblər ki, xitam verilməsinin əsl səbəbi Taysonun Polla döyüşü üçün daha yaxşı “Netflix” sponsorluq müqaviləsi əldə etmək istəyidir. Qeyd edəki “Netflix”də canlı yayımlanan döyüş keçən ay Texasda baş tutub və Pollun yekdil qələbəsi ilə nəticələnib.
 

Tayson və onun şirkəti “Tyrannic” isə hələ də iddiaya cavab verməyiblər və boksçu özü də şərh verməkdən çəkinir.
 

Xatırladaq ki, noyabrın 16-na keçən gecə 58 yaşlı Mayk Tayson 27 yaşlı bloqqer Ceyk Polla döyüşdə uduzmuşdu. "Dəmir Mayk" səkkiz raund mübarizə97 yumruq atdı, onlardan yalnız 18-i dəqiq olub.


Mayk Tayson rinqdəki çıxışına görə 20 milyon dollar qazanıb. Bundan əlavə, o, dünya rekordunu qırıb. Çünki Taysonun debüt etdiyi andan Poll ilə döyüşünə qədər təxminən 40 il keçib. "Dəmir Mayk" 111 keçmiş və indiki ağır çəkidə dünya çempionları arasında ən uzun peşəkar karyerasına sahibdir.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...