Kriminal qruplaşmalar arasında atışma
Kriminal
12:25 / 09.01.2017
1983
Bakıda silahlı insident olub.
Sfera.az "Report"-a istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.
Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət olan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.