"Sizə mükafat vermədilər, pullaaldınız" -Nadirdən iddia


"Sizə mükafat vermədilər, pullaaldınız" -Nadirdən iddia

Müğənni Nadir Qafarzadə "Altın Kelebek" mükafatlandırma gecəsinə qatılan azərbaycanlı tanınmışları tənqid edib.

 

Sfera.azxəbər verir ki, sosial şəbəkədə paylaşım edən sənətçi həmin mükafatların pulla alındığını bildirib:

 

"Bir neçə gün əvvəl Moskvada olarkən mənə zəng gəldi. Türkiyə ilə əlaqəsi olan bir xanım təşkilatçı idi. Dedi ki, məni Türkiyəyə mükafat almağa göndərmək istəyir. Cavab verdim ki, ağır yerimi niyə yüngül edim ki? Orada məni kim tanıyır, kimə lazımam? Nə deyib mükafat alacağam? Biz orada kimə lazımıq? Vallah ayıbdır. Nə var desinlər ki, Türkiyədə mükafat alıb. Guya böyük iş oldu. Yenə ev versələr, yaxşı qonorar versələr razılşamaq olar. O mükafatı da pul verib alırsan. Düzdür mənə pul təklif olunmadı. Amma insanda vicdan yaxşı şeydir. Mən nə etdim ki, Türkiyədə mənə mükafat verdilər? Adını da qoydular ki, mükafat verdilər. Vermədilər, pulla aldınız. Bəsdirin hər şeyi pulla aldınız. Siz kimə lazımısınız? Heç yerdə heç kimə lazım deyilik. Bəlkə də nə vaxtsa lazım olacağıq. İstanbula gedirik. bizi güclə tanıyırlar. Bir az özünüzə gəlin. Çox gülməli görünürsünüz".

 

Qeyd edək ki, bu il "Azərbaycanın parlayan ulduzu" nominasiyasını aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadə olub.(Axsam.az)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...