Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün “saxla” işarəsi verilib.Nəqliyyat vasitəsini idarə edən rayon sakini M.Şirinovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

 

M.Şirinov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sonuncunun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...