Suriyadakı rus əsgərlərinin sayı MƏLUM OLDU: "Onlar bir neçə günə yox olacaq"

Suriyadakı rus əsgərlərinin sayı MƏLUM OLDU: "Onlar bir neçə günə yox olacaq"

“Suriyada yaranan yeni vəziyyət Rusiyanı burada olan hərbi qüvvələri təcili çıxarmağa məcbur edib. Çıxarılan qüvvələr Ukraynadakı cəbhəyə göndərilə bilər”.

 

Sfera.az xəbər verir ki, bunu UNİAN-a danışan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

 

Onun qənaətincə, Suriyadakı rus əsgərlərin müharibə zonasına göndərilməsi cəbhədəki ümumi vəziyyətə ciddi təsir etməyəcək. Kovalenko bu əminliyini Rusiyanın Suriyada saxladığı əsgər sayının çox olmaması ilə əlaqələndirib:

 

“2024-cü ilin yayına olan məlumata görə, Suriyada özəl hərbi şirkətlərin nümayəndələri də daxil olmaqla, təxminən 6000-7500 rusiyalı hərbçi olub. Bütün bu hərbi qulluqçular Rusiya Federasiyasına, oradan isə Ukraynaya qarşı müharibəyə göndərilsə belə, bu, cəbhədəki vəziyyətə ciddi təsir göstərməyəcək. Çünki Rusiya ordusunun hücum əməliyyatları zamanı hər gün çoxlu sayda əsgər ölür və ya yaralanır. Bu qədər əsgər cəmi bir neçə gündə sıradan çıxarılacaq”.

 

Kovalenko istisna etmir ki, Rusiya bu əsgərlərin bəzilərini Afrikaya köçürsün.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...