"Vay o qüvvənin halına ki, onun müdafiəçisi Kərimlidir..." - Deputat

"Vay o qüvvənin halına ki, onun müdafiəçisi Kərimlidir..." - Deputat

“Bu gün dünyada harada qan tökülürsə, demokratiya və insan haqları adına edilir. Harada işğal və təcavüz varsa, bu adla pərdələnir. Amma gəl ki, saxtakar Qərb informasiya maşını və Azərbaycandakı tör-töküntüləri bu məsələni elə təqdim edirlər, sanki demokratiya cihadı edirlər”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

“Məsələn, Kərimli adlı ünsür Sorosun maliyyələşdirdiyi muzdlu mediada hər gün Qərbin dəstəklədiyi Ukrayna hakimiyyəti və Gürcü müxalifətini öyən məzmunsuz yazılar paylaşır. Düzdür, vay o qüvvənin halına kı, onun müdafiəçisi Kərimlidir, amma istənilən halda sən insan haqqından danışırsansa, bir dəfə də Qlobal Bakı Prosesindən danış, Fransa müstəmləkələrindən yaz, bir dəfə ABŞ-nin Demokratlar iqtidarının törətdiyi faciələrdən danış. Bu gün Rusiyanı tənqid etməyə nə var, cəsarətiniz çatır, Qərbin ikili standartlarından, Ermənistana hərbi missiya göndərən Aİ-dən danış. Danışa bilmirsən, çünki danışmağa cəsarətləri çatmır.

 

İndi Suriyada rejimin devrilməsindən fərəhlənirlər, guya öz aləmlərində əmsal gətirməyə çalışırlar. Amma ay yazıqlar, Azərbaycan xalqı bu prosesdən hələ 1993-cü ildə keçib, hakimiyyəti zorla zəbt etmiş AXC-Müsavat iqtidarının rüsvayçı şəkildə tarixin zibilliyinə atılması elə xalq inqilabı idi. Heydər Əliyev kimi bir müdrik liderin mövcudluğu bizdə prosesləri qansız-qadasız ötüşdürdü və məhz onun humanistliyi nəticəsində sağ qaldınız”, - millət vəkili bildirib.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...