““Meydan TV” kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə göz yummalıyıq? - Deputatdan SƏRT TƏNQİD

““Meydan TV” kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə göz yummalıyıq? - Deputatdan SƏRT TƏNQİD

“İndi də siyasi məhbus sözünü atıblar gündəmə. Kimdir siyasi məhbus? Jurnalist, yaxud siyasətçi olmaq niyə ayrıcalıq sayılmalıdır?”

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

““Meydan TV” kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə onlar “jurnalistdir” deyib, göz yummalıyıqmı? Yaxud kimsə Qərbin tezislərini “Facebook” səhifəsində paylaşmağı siyasi fəaliyyət kimi təqdim edəcəksə, həmin şəxs barəsində bütün əsaslı şübhələri kənara qoyaq ki, kişi siyasətçidir? Son vaxtlar bəzi Qərb səfirləri bu prosesdə aktivləşib, amma 30 il milyon yarım azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər? Ona görə heç kim bizə nağıl danışmasın.

 

Bu gün insan hüquqlarının ən səmimi müdafiəçisi, 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi Azərbaycanlının haqlarının müdafiəsinə qalxan, dünyada vaksin millətçiliyinin qarşısını alan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun prezidenti İlham Əliyevdir”, - millət vəkili bildirib.

 

Firuzə Əliyeva

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...