Məşhur cütlük boşandı - FOTO

Məşhur cütlük boşandı - FOTO

41 yaşlı rus estradasının ulduzu Anna Sedokova üçüncü əri, 32 yaşlı latviyalı basketbolçu Yanis Timma ilə rəsmi şəkildə boşanıb.

 

Sfera.az xəbər verir ki, cütlük 4 illik evliliklərini bitiriblər.

 

Yanis və Anna son illərdə bir neçə dəfə ayrılsalar da, sonra barışıblar. 

 

Lakin bu ilin oktyabrında müğənni boşanmaq üçün məhkəməyə müraciət edib və noyabrda məhkəmə ərizəni rəsmən qəbul edib. Cütlüyün barışmaq üçün bir ay vaxtı olub.

 

Sedokova dəfələrlə sosial şəbəkələrdə əri ilə münasibətlərindəki çətinliklərdən danışıb.

 

Qeyd edək ki, A. Sedokova üçün bu, üçüncü evlilik idi. Belə ki, ifaçı, əvvəllər belaruslu futbolçu Valentin Belkeviç və iş adamı Maksim Çernyavski ilə evli olub. Annanın əvvəlki münasibətlərindən üç, Yanisin isə ilk evliliyindən bir uşağı var. Keçmiş həyat yoldaşlarının birlikdə uşaqları yoxdur.

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...