"Yaxşısı budur ki, “Piss Azərbaycan” yarışması keçirin"

"Yaxşısı budur ki, “Piss Azərbaycan” yarışması keçirin"
“Miss Azerbaijan – 2016” Milli Gözəllik müsabiqəsinin ilk seçim turuna qatılan xanımlar sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.

“Qafqazinfo”nun məlumatına görə, növbəti mərhələyə keçən 24 iştirakçının fotoları sosial şəbəkələrdə paylaşılıb və müzakirə mövzusuna çevrilib. Özəlliklə də xanım istifadəçilər “Miss Azerbaijan – 2016”nın namizədlərini tənqid edib:

“Bunların əksəriyyəti pensiyaçıdır. Bunlardan “Miss Azərbaycan” olmaz, yaxşısı budur ki, “Piss Azərbaycan” yarışması keçirin. Azərbaycanın gözəl qızlarının yanında bunlar heç kəsdir”.

Məsələyə aydınlıq gətirmək üçün müsabiqənin təsisçisi və təşkilatçısı Anelya Orduxanova ilə əlaqə saxladıq.

Təşkilatçı həmin paylaşılan fotolardakı qızların yarımfinal iştirakçıları olduğunu təsdiqləyib:

“Müsabiqənin rəsmi saytında yerləşdirilən fotolar yarım finala keçənlərdir. Şəkil elə bir şeydir ki, gözəl qızı eybəcər kimi göstərə bilər. Onlar fotolarda heç bir poza verməyib, makiyajdan istifadə etməyiblər. Bu fotosessiya deyil, bir anda çəkilən fotolardı… Başa düşmürəm bu qədər hay-küy nəyə lazımdır? Camaatın işi-gücü yoxdur? Hələ kastinqlərimiz davam edir. Biz bir neçə mərhələdən sonra 16 finalçını müəyyənləşdirəcəyik”.

OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə  Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənay...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...