Ayı qızıl mədən şirkətinin top menecerini öldürdü - FOTO
Kamçatkada ayı qızıl çıxaran şirkətin top-menecerini öldürüb. Belə ki, ayı "Sigma K" qızıl mədən şirkətinin əməkdaşını parçalayıb. Bu barədə Rusiya mediası regional fövqəladə hallar naziri Sergey Lebedevə istinadən məlumat yayıb.
Sfera.az bildirir ki, qətlə yetirilən şəxs 46 yaşındadır və baş direktorun texnologiya üzrə müavini işləyib.
Hadisənin Karaginski rayonunda Ozernaya çayında baş verdiyi bildirilir. Kişi aldığı xəsarətlərdən ölüb, ayı isə güllələnib. Hazırda səlahiyyətli orqanlar tərəfindən hallar aydınlaşdırılır.
Telegram “112” kanalının məlumatına görə, ayı Karaginski rayonundakı Ozerninski mədən-metallurgiya kombinatının ərazisinə daxil olub. Ölən şəxsin 46 yaşlı Denis Şaldıbin olduğunu dəqiqləşdirilib.
Ayı adamı 40 metr aralıda yerləşən ən yaxın dərəyə sürükləyib. Bundan sonra qışqırıq səsləri eşidən zavod işçiləri ona yardıma qaçıblar. Yolda qan və sürünmə izlərini görən insanlar hadisə yerinə gələndə Denis Şaldıbinin onsuz da cansız cəsədini tapıblar.
Ayının hadisə yerində güllələndiyi qeyd edilir. Polis və İstintaq Komitəsi araşdırmaya başlayıb.
Ekspertlər qeyd edir ki, ayılar adətən bu zaman qış yuxusuna gedirlər. Lakin qarın əriməsi və az yağması səbəbindən ova da gedə bilirlər.
Aysel