Azərbaycanda kassa aparatlarından 20 milyard manat keçib - RƏSMİ

Azərbaycanda kassa aparatlarından 20 milyard manat keçib - RƏSMİ

Azərbaycanda indiyədək 103 419 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.

 

Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə 19 milyard 808,3 milyon manat dövriyyə qeydə alınıb.

 

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə NKA-lar vasitəsilə aparılan dövriyyənin həcmi 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çox artıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR